Xəbər lenti

Türkiyənin əsasən Azərbaycan əsilli türklərin yaşadığı Qars və İğdır bölgəsində azərbaycanlı adı altında gizlənən ermənilərin illər boyunca fəaliyyət göstərdiyinə dair məlumatlar ortaya çıxıb.

Publika.az
 xəbər verir ki, Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey bu məsələ ilə bağlı maraqlı faktlar açıqlayıb.

G.Gülbey deyir ki, vaxtilə İrəvan və İğdır ətrafı Çuxur Saad və Sürməli çuxuru adı ilə tanınırdı: “1920 ildə Kazım Qarabəkir Paşanın rəhbərliyində türk ordusu İğdırı və qəsəbələrini azad edənə qədər İrəvan və İğdır ətrafındakı türklərin adət-ənənələri, mədəniyyətləri eyni idi: “1920-ci ilin noyabr ayından sonra Araz çayı sərhəd olaraq qəbul edildi və İğdırla ətafındakı bögələr Türkiyədə, İrəvan və ətrafındakı bölgələr isə Ermənistanda qaldı. 1920-ci ildən sonra İğdırda və ətraf bölgələrdə ermənilər də yaşayırdı, hətta yetim uşaqlar da var idi, bununla yanaşı, sonradan bir çox erməni yaşamaq üçün bura gəlmişdilər. Lakin bu ermənilər və yezidilər (xristian kürdləri) özlərini azəri kimi təqdim edir, gizlənirdilər. Hətta 1960-cı illərdə İğdırdakı vətəndaşların qeydiyyat binasını yandıraraq dəlilləri aradan çıxarmağa cəhd etdilər. Arxivdə olan qeydiyyat dəftələrlərini çoxu yandı, bir qismi isə oxunmaz vəziyyətə düşdü. Bu faktlara 2000-ci ildə apardığım araşdırmalarda rast gəldim. Daha sonra mülklərin qeydiyyatının toplandığı arxivlərə baxdım. Burada ciddi faktlar tapdım”.

G.Gökselin tapdığı faktlardan məlum olur ki, İğdırda yaşayan ermənilər azərbaycanlı adı altında gizlənirlərmiş.

“Tapdığım faktlara görə, 2000-ci illərdə İğdırın polis idarəsində şöbə müdiri olaraq çalışan bir şəxs şəhərdə yaşayan və özlərini müsəlman və azəri türkü olaraq təqdim edən erməniləri yanına çağıraraq, “siz ermənisiniz, bu da sənədlər” deyib. Həmin ermənilərdən biri də illərdir MHP-də fəaliyyət göstərən yaxın dostlardan biri idi. Bu şəxs sonradan anasının erməni olduğunu öyrənib. O, kimlərin erməni olduğunu, lakin özlərini gizlətdiklərini bildiyini dedi. Əgər təhlükəsizliyi təmin olunarsa, hər şeyi açıqlamağa da hazır olduğunu bildirdi. Həmin vaxt rəsmilər buna ciddi yanaşmadığı üçün geri çəkildi. Lakin məlum oldu ki, İğdırın idarəçiliyində, xüsusilə şəhərdə MHP içində erməni olan, amma özlərini azərbaycanlı kimi göstərən şəxslər var. Biz ASİMDER olaraq onların kim olduğunu bilirik”, - deyə o, vurğulayıb.

G.Gülbey əlavə edib ki, bu ermənilər özlərini “millətçi” kimi təqdim edirlər: “Lakin əslində erməni millətçiləridir”.
 




Ana səhifəyə qayıt        Baxış: 905          Tarix: 3-07-2017, 14:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma