Xəbər lenti

 

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 116 cinayət faktı qeydə alınmış, onların da 26-sı “isti izlər”lə açılmışdır.

Ovqat.com-a bu barədə məlumat DİN Mətbuat Xidmətindən daxil olub.

2018-ci il sentyabr ayının 7-dən 8-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumata əsasən, əvvəlki dövrlərdən bağlı qalmış 25 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olan ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilmişdir.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılmışdır




Ana səhifəyə qayıt        Baxış: 597          Tarix: 8-09-2018, 17:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma