Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 89 cinayət faktı qeydə alınmış, onların 16-sı “isti izlər”lə açılmışdır.
Ovqat.com-a bu barədə məlumat DİN Mətbuat Xidmətindən daxil olub.
Xidmətin yaydığı 2018-ci il mart ayının 14-dən 15-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumata görə, dünən əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunmuşdur:
“- Axtarışda olan 36 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılmışdır”.
Paylaş: