Xəbər lenti

  

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 107 cinayət faktı qeydə alınmış, onların da 19-u “isti izlər”lə açılmışdır.

Bu barədə məlumat DİN Mətbuat Xidmətindən Ovqat.com-a daxil olub.

2018-ci il iyul ayının 9-dan 10-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatda bildirilir ki, ötən gün ərzində əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub:  

“-Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

-Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 7 nəfər xəsarət almışdır. 

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılmışdır.

 




Ana səhifəyə qayıt        Baxış: 719          Tarix: 10-07-2018, 10:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma