Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 132 cinayət faktı qeydə alınmış, onların da 18-i “isti izlər”lə açılmışdır.
DİN-nin Mətbuat Xidmətindən Ovqat.com-a verilən məlumatda belə deyilir.
2018-ci il oktyabr ayının 29-dan 30-na qədər qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatda bildirilir ki, dünən əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunmuşdur.
“Axtarışda olan ümumilikdə 35 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər xəsarət almışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilmişdir.
- Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılmışdır”.
Paylaş: