Xəbər lenti

 “20 gündür ki, İran sürücüləri Culfa gömrüyündən Naxçıvan sürücülərinin sərnişin daşımalarına imkan vermirlər. Naxçıvanlı sürücüləri döyür, zorla sərnişinləri maşınlardan düşürdür və məcbur edirlər ki, Biləsuvara və başqa məntəqələrə getmək üçün onların xidmətlərindən istifadə etsinlər”.

Ovqat.com xəbər verir ki, bu məlumatı tanınmış hüquqşunas və ictimai xadim Qurban Məmmədov yayıb.

Hazırda Naxçıvanda olan hüquqşunas öz facebook səhifəsində paylaşdığı statusunda Azərbaycan rəsmilərinin bu biabırçılığa heç bir reaksiya verməməsini də qınayıb:

“20 gündür davam edən bu qanunsuz hərəkətlərə heç bir rəsmi qurum, Xarici İşlər Nazirliyimiz, konsulluq və səfirlik reaksiya vermir. Mən Azərbaycan hakimiyyətini özünə və vətəndaşlarına hörmət etməyə, İran tərəfinin beynəlxalq qanunlara zidd olan bu davranışına son qoymaq üçün tədbirlər görməyə çağırıram”.




Ana səhifəyə qayıt        Baxış: 1 768          Tarix: 29-05-2017, 15:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma