Amerikan Müdafiə Nazirliyi (Pentaqon), Səudiyyə Ərəbistanının təhlükəsizliyini təmin etmək üçün bu ölkəyə ilk mərhələdə bir Patriot batareyası və dörd Sentinel radar sistemi göndəriləcək.
Ovqat.com xəbər verir ki, bu barədə məlumatı Pentaqon yayıb.
Açıqlamaya görə, bu, İrandan edilə biləcək hücumlara qarşı Səudiyyə Ərəbistanının qorunması məqsədilə atılan ilk addımdır və lazım gələrsə, daha iki batareya və bir THAD raket əleyhinə müdafiə sistemi də göndərilməyə hazır vəziyyətdə gözləyir.
ABŞ-dan Səudiyyə Ərəbistanına təkcə silah göndərilməsi də nəzərdə tutulmayıb. Fransız xəbər agentliyi AFP bundan əlavə 200 ABŞ əsgərinin də Səudiyyə Ərəbistanına göndərilməsinin planlaşdırıldığını bildirib.
Qeyd edək ki, ABŞ Səudiyyə Ərəbistanının iki böyük neft kompleksinə 14 Sentyabrda havadan təşkil olunan hücumlardan Tehranı məsul tutmuş və Yəməndəki İran dəstəkli Husiləri günahlandırmışdı.
Səudiyyə Ərəbistanının neft obyektlərini hədəf alan hücumlar ölkənin xüsusilə şimalında təhlükəsizlik boşluğu olduğunu üzə çıxarmışdı.
Maraqlıdır ki, təhlükəsizlik boşluğu üzə çıxan kimi Səudiyyə Ərəbistanına dərhal Patriotlarını göndərən ABŞ NATO müttəfiqi olan Türkiyəyə bu silahlarını vermək istəmiş və qardaş ölkənin Rusiyaya meyllənməsinə, ondan S-400 raket sistemləri almasına zəmin hazırlamışdır.
Paylaş: