Xəbər lenti

 

Fransa Türkiyəyə bütün silah satışlarını dayandırıb.

Ovqat.com xəbər verir ki, bunu Fransanın Müdafiə və Xarici İşlər Nazirləri birgə yaydıqları açıqlamada bəyan edib.

Silah satışının dayandırılmasının səbəbi Türkiyənin “Barış pınarı” əməliyyatı ilə izah edilir.

Qeyd edək ki, Türkiyə Fransadan əsasən tankəleyhinə raketlər alırdı.

Avropanın digər 4 ölkəsinin də eyni addımı atacağı gözlənilir. Bunlardan biri Almaniyadır. Almaniyanın xarici işlər naziri Heiko Maas dünən ölkəsinin Türkiyəyə silah satışını dayandıracağını bəyan etmişdi.

Onun sözlərinə görə, belə bir addımın atılması Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Barış Pınarı” əməliyyatı ilə əlaqədardır.

Digər 3 ölkə - Norveç, Finlandiya və Niderland da Türkiyəyə silah satışını dayandıracaqlarını elan ediblər.




Ana səhifəyə qayıt        Baxış: 506          Tarix: 12-10-2019, 23:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma