Xəbər lenti

  

Rusiya ilə Türkiyə arasında S-400-lərin alınması müqaviləsilə  başlayan hərbi əməkdaşlıq genişlənir. Hazırda Ankaranın gündəmində Rusiyadan “Kornet” tipli tankəleyhinə raketlər başda olmaqla bir sıra silahların alınması mövzuları da var. Tankların zireh qabiliyyətlərinin gücləndirilməsinə dair məsələlər də aparılan danışıqların əsas mövzularındandır.

“Hürriyyət”in türk mətbuatına istinadən verdiyi məlumata görə, ilə bu həftə iki ölkə prezidentlərinin liderliyi keçirilən 7-ci Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında müzakirə edilən məsələlərdən biri də hərbi əməkdaşlıq olub. Rusiya ilə bəzi silahların alınması və bəzilərinin isə birgə istehsal imkanları ətraflı müzakirə edilib.

Toplantının ardından Rusiya prezidenti Vladimir Putin deyib: "Türkiyəyə S-400 sistemlərinin göndərilməsini nəzərdə tutan müqavilənin həyata keçirilməsi hərbi-texniki sahədəki prioritetimizdir. Hökumətlərarası nümayəndə heyətinin Türkiyəyə müasir rus hərbi silah və sursatlarının ixracını ətraflı şəkildə müzakirə edəcəyini düşünürük”.

 

 Rusiya müdafiə sənayesində inkişaf etmiş ölkə olaraq Türkiyəyə Qərb müttəfiqləri tərəfindən tətbiq edilən silah embarqosuna qarşı da güclü bir tərəfdaş kimi diqqət çəkir. Türkiyə cari planda bu ölkədən invertarında azalan bir sıra silahları almağı düşünür və üzləşdiyi silah embarqoları səbəbindən Rusiyanı əsas alternativ tədarükçü kimi görür. Perspektiv planda isə Rusiyadan yeni silah sistemləri də tədarük edə bilər və bu, "uzunmüddətli" əməkdaşlıq çərçivəsdində mümkündür. Ona görə ki, TSQ-nin uzun müddətdir, NATO standartlarına uyğun müdafiə sistemlərindən istifadə edir. Dolayısıyla, rus mənşəli məhsulların NATO standarlarına uyğunlaşdırılmasından yaranan çətinliklər səbəbindən silah sistemlərinin sürətlə alınması mümkün deyil və nəticə etibarilə uzunmüddətli əməkdaşlığı şərtləndirir.

 Eyni çətinliklər uzunmənzilli havadan müdafiə sistemlərində də mövcuddur və S-400-lərin tədarükü layihəsi çərçivəsində bu çətinliklərin yoluna qoyulacağına ümid edilir.




Ana səhifəyə qayıt        Baxış: 899          Tarix: 7-04-2018, 11:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma