Xəbər lenti

 

İranın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, ABŞ-ın Hərtərəfli Birgə Fəaliyyət Planından çıxması regiona və ondan kənarda təhlükəsizliyə ziyan vuran dağıdıcı faktordur.

Virtualaz.org-un məlumatına görə, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Qoşulmama Hərəkatı Xarici İşlər Nazirlərinin XVIII zirvə toplantısı çərçivəsində nazirlərin hazırlıq görüşündə çıxışı zamanı deyib.

Zərif ABŞ-ın yürütdüyü iqtisadi müharibənin, iqtisadi terrorizmin sadə iranlılara qarşı yönəldiyini bildirib: “Bu isə nəinki insanlığa, həmçinin dünya birliyinə və təhlükəsizliyinə ciddi təhdiddir”.

Cavad Zərif bildirib ki, Birləşmiş Ştatların Qoşulmama Hərəkatına üzv olan Kuba, Suriya, Venesuela, İran, hətta Çin və Rusiya kimi böyük dövlətlərə sanksiyalar tətbiq etməsi beynəlxalq iqtisadi münasibətlərə zərər vurur: “Nəticədə milyonlarla insan və qlobal ticarət təhlükə altına düşür. Qlobal fəlakətin qarşısını almaq üçün beynəlxalq birliyin birləşərək ABŞ-ı bu təhlükəli kursu dəyişməyə məcbur etməsi olduqca önəmlidir. Bu gün ABŞ öz tərəfdaşlarına belə xəyanət etdiyini sübuta yetirib”.




Ana səhifəyə qayıt        Baxış: 340          Tarix: 23-10-2019, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma