Xəbər lenti

 
Çin Vuhan şəhərindəki Viroligiya İnstitutu yarasalar üzərində apardıqları araşdırmada 1500-ə yaxın koronavirus növü aşkarlayıb.
 
Ovqat.com xəbər verir ki, məlumatı İnstitutun əməkdaşı Şi Zhengli açıqlayıb.
 
Tədqiqatçı alimin fikrincə aşkarlanan həmin növlətin bəziləri pandemiyaya yol aça bilər.
 
 Vuhan Virologiya İnstitutu  təxminən 15 min nümunəni analiz edib və  onlardan 10 faizində koronavirus ortaya çıxıb.
 
Məlumata görə, nümunələr yarasa tüpürcəyi, qan və nəcisindən alınıb. 
 
Bu virusların əksəriyyətinin insanlara heç vaxt yoluxmayacağı, bəzilərinin isə buna meylli olduğu bildirilir. Hal-hazırda hansı nümunələrin insanları yoluxdurma riski araşdırılır.


Ana səhifəyə qayıt        Baxış: 2 720          Tarix: 19-05-2020, 23:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma