Xəbər lenti


 
Koronavirus Çinin Vuhan şəhərindəki bir laboratoriyada hazırlanıb.
 
Ovqat.com xəbər verir ki, bu iddianı ABŞ prezidenti Donald Tramp Ağ evdə keçirdiyi “Yaşlıları qorumaq” mövzusunda keçirdiyi paneldə irəli sürüb. 
 
Jurnalistlərdən biri “israrla koronavirusun Vuhan Virusologiya İnstitutunun kəşfi olduğunu iddia edirsiniz. Bu iddianı təsdiqləyən hər hansı dəlillə qarşılaşıbsınızmı?” sualına prezidentin cavabı “Bəli” olub – “Rəsmən o dəlili görmüşəm”.


 
Jurnalistin daha çox məlumat istəməsinə isə Tramp belə cavab verib: “Mən sizə bundan artıq məlumat verə bilmərəm. Sadəcə onu deyə bilərəm ki, Çinin bunu qəsdən və ya təsadüfən etməməsindən asılı olmayaraq, tədqiqatçılarımız bu məsələni araşıdırırlar”. 
 
Qeyd edək ki, Tramp və ABŞ mediası daha əvvəl də bu fikri irəli sürmüş, iddia Nobel-Tibb mükafatı laureatı fransız həkim Luc Montagnier tərəfindən də dəstəklənmişdi. Əvvəl iddialara səssiz qalan Vuhan Virusologiya İnstitutu Luc Montagnierin “işə qarışmasından” sonra sükutu pozmaq məcburiyyətində qalmışdı. İnstitutunun vitse-prezidenti Yuan Zhiming ittihamları rədd edərək, barələrində deyilənləri "insanları çaşdırmaq məqsədilə irəli sürülən əsassız iddialar" adlandırmışdı.


 
Çinin dövlət televiziyası CGTN-ə müsahibəsində Zhiming demişdi: "Virus araşdırmaları aparan insan kimi institutda hansı tədqiqatların aparıldığını, virus nümunələrinə necə nəzarət edildiyini yaxşı bilirik. Əvvəldən dediyimiz kimi, virusun bizdən çıxması ehtimalı yoxdur. Araşdırmalarmızda peşə etikası kodeksinə çox ciddi yanaşırıq, buna görə də özümüzə arxayınıq".
 
Koronavirusun mənbəyi olaraq göstərilən laboratoriyaya aid fotolar.













Ana səhifəyə qayıt        Baxış: 5 905          Tarix: 1-05-2020, 08:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma