Bu zamana qədər dünyanın gizliliyə qarantiya verən ən etibarlı danışıq vasitələrindən biri "WhatsApp" hesab olunurdu. Amma deyəsən, Almaniya DİN-nin bir qərarından sonra bu şəbəkə də öz cazibəsini itirəcək.
Ovqat.com publika.az-a istinadən xəbər verir ki, Almaniya Daxili İşlər Nazirliyinin iclasında terrorla mübarizə aparmaq üçün WhatsApp mesajlarına nəzarət edilməsi qərarlaşdırılıb.
Yığıncaqda qəbul edilib ki, cinayətlərin təqimi mövzusunda qanuni boşluq olması qəbul edilə bilməz. Almaniya Daxili İşlər naziri Tomas de Maizere təhlükəsizliyin texniki və hüquqi baxımdan təmin edilməsinin vacibliyinə diqqət çəkib.
Lakin bu tənzimləməyə qarşı çıxanlar da az deyil. Onlar təhlükəsizliyin təminatı üçün "WhatsApp" mesajlarının izlənməsini mənazsız hesab edir.
Paylaş: