Xəbər lenti

 
 
Çexiya prezidenti Milos Zeman, Qərb siyasətçilərinin Aleksey Navalnının səhhəti ilə “Şimal Axını-2” qaz kəmərinin inşası ilə əlaqələndirmək cəhdlərinə təəccüblənib.
 
Ovqat.com xəbər verir ki, prezident bunu Praqada fəaliyyət göstərən “CNN Prima News” televiziyasına müsahibəsində bildirib.
 
Zemana görə, iki hadisə arasında ortaq heç nə yoxdur. O, eyni zamanda hadisənin araşdırılmasının bütün tərəflərin maraqlarına uyğun olduğunu düşünür.
 
"Düşünürəm ki, Navalnının səhhətində izah olunası məqamlar var. Bu hadisənin hərtərəfli izahı Rusiya da daxil olmaqla bütün tərəflərin mənafeyinə uyğundur. Əks təqdirdə hər kəsə zərər verəcək",-Çexiya prezidenti belə deyib.
 
O, ABŞ Dövlət katibi Mayk Pompeonun respublikaya son səfərini xatırladıb və deyib ki, Pompeo bu səfərdə yerli siyasətçilərə Rusiya və Çin ilə əməkdaşlıqdan imtina olunmasını tövsiyə edib. Zemanın fikrincə, bu təklif Çexiyaya “hörmətsizlik”dir və hansı layihələrdə iştirak edəcəyinə Praqanın özü qərar verəcək.
 
Bundan əvvəl Almaniya kansleri Angela Merkel də “Şimal axını-2” layihəsilə Navalnının məsələlərinə ayrı-ayrılıqda baxılmasının lazım olduğunu bildirmişdi. Buna baxmayaraq, bəzi alman siyasətçilər boru kəməri layihəsinin dayandırılmasını tələb edirlər.
 
Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov da "Şimal Axını 2" layihəsinin ticari olduğunu, bütün Avropa qitəsinin enerji təhlükəsizliyi maraqları naminə həyata keçirildiyini qeyd etdi. Peskov bəzi alman deputatlarının Kremlə müraciətlərinin "heç bir həqiqətə əsaslanmayan emosional açıqlamalar" kimi qiymətləndirib.
 
 
Xatırladaq ki, 20 avqustda Navalni təyyarədə halı pisləşdikdən sonra Omsk xəstəxanasına aparılıb. Müayinələrin nəticələrinə əsasən, yerli həkimlər ona qan şəkərində kəskin dəyişikliyə səbəb olan metabolik xəstəlik diaqnozu qoyublar. Omsk həkimlərinə görə, xəstəliyin səbəbi hələlik bəlli deyil, ancaq Navalnının qanında və sidiyində zəhər tapılmayıb.
 
Daha sonra Navalnı təyyarə ilə Almaniyaya aparılıb. Çərşənbə günü Almaniya hökuməti hərbi həkimlərə istinad edərək, Navalnının Noviçok qrupu hərbi maddələrindən biri ilə zəhərləndiyini iddia edib.  Bundan sonra Rusiyaya qarşı saksiyaların tətbiqi tələbləri daha da artıb. 
 


Ana səhifəyə qayıt        Baxış: 3 746          Tarix: 7-09-2020, 08:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma