Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
ABŞ-ın növbəti təxribatı Rusiya üçün kifayət qədər gözlənilməz olub.
Ovqat.com Avia.pro portalına istinadən xəbər ki, ABŞ təyyarələri Rusiyanın şimal-şərq sərhədlərində sayıqlığını yoxlayıb.
Məlumata görə, Amerikanın ən azı 3 B-1B Lancer strateji bombardmançı təyyarəsi Şərqi Sibir dənizi üzərindən Rusiyanın hava məkanına soxulub.
Nəşr yazır ki, Amerikanın hərbi təyyarələrinin Rusiya sərhədlərinə daha yaxından yaxınlaşması, bunun üçün kifayət qədər məkrli marşrutlardan istifadə etməsi Pentaqonun Rusiya ərazisinə müxtəlif istiqamətlərdən zərbələr endirə biləcəyini göstərir.
Qeyd edək ki, ABŞ təyyarələri indiyədək Rusiyanın qərb sərhədlərində bu cür uçuşlar keçirir, xüsusilə Qara dənizdə təhlükəli manevrlərlə Moskvanın əsəb nöqtələrinə toxunurdu. Hərbi müdaxilələrdə əsasən B tipli ağır strateji təyyarələrdən istifadə edilməsi də maraqlıdır. Zira bu təyyarələr nüvə başlıqlı raketlər və bombalar üçün nəzərdə tutulub. Mütəxəssislər ABŞ-ın bu manevrlərlə Moskvaya nüvə təhlükəsi ilə üz-üzə qala biləcəyini xatırlatdığına inanırlar.
Bəzi iddialara görə, ABŞ hətta Ukraynada özünün atom silahlarını da yerləşdirib. Bu iddia öz təsdiqini taparsa, iki ən nəhəng nüvə dövləti arasında ciddi insidentlərin yaşanacağı gözlənilir.
Rusiyanın "Mir Novostey" nəşri yazır:
Rusiya və NATO ölkələri bir-birlərinə qarşı raket və bomba zərbələrinin stimulizasiyasını sürətləndirirlər. Hava məkanında və dənizdə əməliyyatlar Barents dənizindən Qara dənizə qədər Rusiya sərhədləri boyunca, demək olar, hər gün baş verir.
Bir neçə gün əvvəl ABŞ kəşfiyyat təyyarəsi Krım bölgəsini 6 kilometr Rusiya hava məkanına soxulmuşdu. Bu, Rusiyanın müdafiəsini sınaqdan keçirərək Qara dənizdə misilsiz bir NATO əməliyyatının stimulizasiyası idi.
Buna oxşar bir sıra tədbirlər Barents Dənizində müşahidə olunub və burada aviasiyanın dəstəyi ilə Böyük Britaniya, Norveç və ABŞ-ın döyüş gəmiləri Rusiya sahillərinə 50 dəniz mili qədər yaxınlaşıb. Sözügedən ərazidə ilk dəfə Britaniyanın "Tayfun"qırıcıları peyda olub. NATO qüvvələrinin Rusiyanınn şimalına hücum etmək üçün qarşılıqli fəaliyyət planının stimulyasiyası həyata keçirilib.
Düşmənin qarşısına Rusiya donanması çıxıb və NATO donanmasını qovmağı bacarıb. Buna cavab olaraq, Şotlandiyanın sahillərinə Rusiya dəniz kəşfiyyatının iki təyyarəsi və sualtı qayıqları yaxınlaşıb. Rusiyanın bu təşəbbüsünə dərhal cavab verən "Tayfun" təyyarələri onları öz əhatəsinə alıblar. Qeyd edək ki, bu çevrələmə hadisəsini hərbi aviasiyada "düşməni ələ keçirmək" adlandırırlar.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar