Xəbər lenti

 
Şimali Atlantika Alyansının (NATO) təyyarələri Rusiyaya qarşı misli görünməmiş əməliyyat keçiriblər. 
 
Ovqat.com xəbər verir ki, bu barədə Rusiyanın Hava-Kosmik Qüvvələrinin (HKQ) Baş Komandanı Sergey Surovikin bildirib.
 
General-polkovnikin TASS-a verdiyi açıqlamaya görə, sentyabrın 4-də beş kəşfiyyat təyyarəsi və NATO-nun bir strateji pilotsuz kəşfiyyat aparatı Rusiyanın 15 kilometrlik dövlət sərhədinə yaxınlaşıb və ölkənin 600 kilometr dərinliyinə qədər kəşfiyyat aparıb. Elə həmin vaxt ABŞ-ın Hərbi Hava Qüvvələrinin (HHQ) V-52 strateji bombardmanları Rusiyanın 30 kilometr sərhədinə qədər yaxınlaşıb.


 
Surovikinin mülahizələrinə görə, NATO Cənubi hərbi dairənin ərazisində yerləşən obyektlərə qanadlı raketlərlə xəyalı zərbələr endirib və ABŞ B-52H-ləri Polşa Hava Qüvvələrinin (BQ) F-16C və Ukraynanın Su-27 və MiQ-29 döyüş təyyarələri ilə qarşılıqlı əlaqədə olub.
 
Rusiya HKQ-nin Baş Komandanının bu məlumatı ölkə idarəçiləri arasında ciddi təşviş doğurub. Dövlət Dumasının deputatı, aviasiya general-polkovniki Nikolay Antoşkin telekanallardan birinin efirində Rusiyaya qarşı aviazərbə stimulyasiyası keçirən amerikan bombardmançılarının hərəkətlərini təxribat adlandırıb. 
 
"Bu bir təxribatdır. Xüsusilə indiki dövrdə belə şeylərə yol vermək olmaz", - deyə Antoşkin vurğulayıb.
 

 
Onun sözlərinə görə, Rusiya Hava-Kosmik Qüvvələri bu qədər ağır təxribat xarakterli davranışları özünə rəva bilməz.
 
"Lazım olanda cavab verəcəyik. Biz təcavüzkar deyilik, yalnız özümüzü müdafiə edirik. Amma onların heç biri də müharibə etmək və ölmək istəmir. Bu, bir siyasətdir", - deyə aviasiya general-polkovniki qeyd edib.
 
***

Digər detallar

ABŞ-ın strateji bombardmançıları - B52N Stratofortress təyyarələri avqustun 28-də Allied Sky təlimlərində Rusiyaya hava zərbələri üzərində işləyiblər. Bu barədə Rusiya Hava-Kosmik Qüvvələrinin (üks) Baş Komandanı Sergey Surovikin sentyabrın 11-də xarici hərbi attaşelər üçün keçirdiyi brifinqdə məlumat verib.
 
Ovqat.com Rusiyanın “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, Sergey Surovikin strateji bombardmançılardan ibarət heyətin Qara dənizin mərkəzi hissəsinin akvatoriyası və Estoniya hava məkanında qanadlı raketlərinin tətbiqi üzrə məşq keçirdiklərini bəyan edib.
 
"Eyni zamanda, iki ədəd B-52H təyyarəsi ABŞ-ın kontinental hissəsindən fəaliyyət göstərərək, Arktika ətrafında Kanada ərazisi boyunca oxşar təlim-döyüş əməliyyatları keçiriblər", - Surovikin "İnterfaks"-a belə deyib.
 
Baş komandan əlavə edib ki, B-52N-nin Rusiya sərhədlərində məşqləri "düşməncilik və təxribat xarakteri daşıyır".
 
Surovikin həmçinin bildirib ki, Su-27 və MiQ-29 Ukrayna qırıcıları B-52N amerikalı bombardmançılarla qarşılıqlı əlaqədə olub, sentyabrın 4-də Niderland, Almaniya, Polşa və Ukrayna ərazisindən keçib. O bildirib ki, Ukrayna Üzərində istənilən hərbi aviasiyanın uçuşları "regionda gərginliyin azalmasına imkan vermir".
 
"ABŞ və NATO HHQ-nin əməlləri alyansın rəsmilərinin döyüş hazırlığı tədbirləri zamanı insidentlərə yol verilməməsi ilə bağlı bəyanatlarına tamamilə ziddir. Onlar yalnız Rusiya HKQ-in pilotlarının yüksək səviyyəli peşə hazırlığı sayəsində aradan qaldırıla bilərlər", - deyə TASS onun sözlərindən sitat gətirir.
 
Rusiya Müdafiə İdarəsinin Milli Mərkəzi sentyabrın 4-də ABŞ HHQ-nin üç bombardmançı B-52N-in Qara dəniz üzərində Rusiya sərhədinə yaxınlaşmağa çalışdığını, həmçinin avqustun sonlarında Baltik və Qara dəniz üzərində bir B-52N-nin dövrəyə alındığını da bildirib.
 
Rusiya HKQ-in Baş Komandanının sözlərinə görə, B-52H Hava Hücumundan Müdafiə üzrə növbətçi qüvvələrin tərkibindən Su-30SM və Su-27 təyyarələri Rusiyanın hava məkanının qarşısını almaq, müşayiət etmək və pozuntulara yol verməmək üçün "operativ şəkildə potensial hədəflərə kilidlənib”.
 
O vurğulayıb ki, Amerika bambardımançılarının Rusiya sərhədlərinə yaxınlaşmaq üçün qısamüddətli cəhdləri rusiyalı qırıcılar tərəfindən vaxtında bloklanıb. Aviasiya insidentlərinə yol verilməyib.
 
Avqustun 28-də Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahı yaxın günlərdə ABŞ bombardmançıları və NATO-nun 30 ölkəsinin  təyyarələrinin  “Allied Sky” missiyası çərçivəsində uçuş həyata keçirəcəklərini bildirmişdi. Məlumata görə, bu əməliyyatlar Alyansla həmrəyliyin nümayiş etdirilməsi, hazırlığın artırılması və təlim imkanlarının təmin edilməsi məqsədi daşıyacaqdı.
 
Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu da sentyabrın 6-da bəyan edib ki, NATO ölkələrinin aviasiyası Rusiya ərazisinə raket zərbələrinin endirilməsini imitasiya etməklə müntəzəm uçuşlar həyata keçirir.
 



Ana səhifəyə qayıt        Baxış: 4 134          Tarix: 12-09-2020, 06:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma