Xəbər lenti


Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyib geri çəkilən düşmən indi əks-hücumlarla itirdiklərini geri qaytarmağa çalışır. Bu da onlara çox baha başa gəlir. Erməni mənbələrinin bildirdiklərinə görə, oktyabrın 22-də ilk belə cəhdləri 100-lərlə hərbçilərinin ölümüylə nəticələnmişdi. Hətta buna görə bir çox ekspertlər Ermənistan Müdafiə Nazirliyini bərk tənqid etmiş və nazirliyin rəsmi nümayəndəsi tənqidçiləri "superekspert" adlandıraraq lağa qoymuş və tənqidlərində təhqiramiz ritorikadan yayınmağa çağırmışdı.

Azərbaycan Müdafiə Nazirliyinin bu gün açıqladığı məlumata əsasən, ermənilər bu itki və tənqidlərdən yetərli nəticə çıxarmayıb, yenidən əks-hücuma keçib. Nəticə yenə gözlənildiyi kimi olub.

Noyabrın 1-də gün ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərib.

Bu barədə Ovqat.com-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Düşmən bu istiqamətdə bir sıra əlverişli yüksəklikləri ələ keçirmək məqsədilə minaatanlardan və müxtəlif iri çaplı silahlardan istifadə etməklə bölmələrimizin mövqelərini atəşə tutub.

Düşmənin hücuma keçmək niyyəti bölmələrimiz tərəfindən vaxtında aşkar edilib və həyata keçirilən uğurlu əməliyyat nəticəsində qarşı tərəf ciddi itkilərə məruz qalıb.

Döyüş nəticəsində canlı qüvvə sarıdan 30-dək itki verən düşmən, Ermənistan ərazisinə çəkilməyə məcbur edilib.

Bölmələrimizin şəxsi heyətinin sayıqlığı nəticəsində mövqelərimizə havadan hücum edən düşmənin Su-25 döyüş təyyarəsi də məhv edilib.



Ana səhifəyə qayıt        Baxış: 2 870          Tarix: 2-11-2020, 10:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma