Xəbər lenti


Döyüş bölgəsində düşmən bölmələrimizi və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.
Modern.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin Mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. O bildirib ki, cəbhə bölgəsində Ermənistan silahlı qüvvələləri Azərbaycan-Ermənistan dövlət sərhədini və yaşayış məntəqlərimizi atəşə tutub. Düşmən Göygöl, Tovuz, Daşkəsəndəki döyüş məntəqələrimiz, Tərtər və Ağdamda mülki şəxsləri atəşə tutub. Hadisə nəticəsində 2 nəfər mülki şəxs həlak olub, 1 nəfər yaralanıb".
 
A.Eyvazov deyib ki, oktyabrın 19-u və 20-də cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.
 
Eyni zamanda, məlum olub ki, Azərbaycan Ordusunun endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. Alayın 1-ci motoatıcı taborunun şəxsi heyəti və döyüş texnikası tamamilə sıradan çıxarılıb.
Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində 2-ci motoatıcı alayın müdafiə sahəsində düşmənin bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkilib.

5-ci dağatıcı alayın müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var.
 
Füzuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib.
246-cı alayın müdafiə sahəsində alay komandiri polkovnik Tatul Ğazaryan, alay komandirinin müavini Armen Ohanyan və 3-cü taborun komandiri də xüsusi tədbirlər nəticəsində zərərsizləşdirilib. Azərbaycan Ordusunun cavab atəşi nəticəsində düşmən itki verərək geri çəkilib və nəticədə işğal altında olan 24 kənd və Zəngilan şəhəri azad olunub".



Ana səhifəyə qayıt        Baxış: 2 590          Tarix: 20-10-2020, 20:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma