Xəbər lenti

 

Rusiyanın “Aeroflot” aviaşirkətinin Moskva-Bakı reysi ilə uçan təyyarəsinin sərnişinlərinə “ermənisayağı düyü ilə hind quşu” təqdim edilib.

Azinforum.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hiddətlənmiş sərnişinlərdən biri bələdçi qızdan Azərbaycana uçan təyyarənin sərnişinlərinə bu adda yeməyin təqdim edilməsinin səbəblərini soruşub.

Qız inadkar sərnişinilə mübahisəyə girişməməyi üstün tutub.

*******

İstənilən şirkət öz müştərilərinin istəklərini nəzərə almağa borcludur. Bunu “Report”un Rusiya bürosuna AZAL-ın Moskvadakı nümayəndəsi Rahib İsayev deyib.

Onun sözlərinə görə, “Aeroflot”un Moskva-Bakı reysinin menyusunda “ermənisayağı hinduşka” yeməyinin təklif olunması qəsdən edilən səhv deyil.

“Çox güman ki, rasion tərtib edilərkən yanlışlığa yol verilib. Aviaşirkət sərnişinlərin istəklərini nəzərə almaya və onların milli hissləri ilə oynaya bilməz. Məsələn, AZAL-ın reyslərində uçuş istiqamətləri və ilin fəsillərindən asılı olaraq, müxtəlif qidalar var, o cümlədən faydalı və pəhriz qidaları”, – deyə Rahib İsayev deyib.

O, həmçinin bildirib ki, tezliklə AZAL səhvi düzəltmək xahişi ilə “Aeroflot”a müraciət edəcək.

“Aeroflot”un Moskva-Bakı reysi sərnişinlərindən birinin məlumatı və çəkdiyi video AZAL rəhbərliyinin diqqətinə çatdırılıb. Yaxın vaxtlarda, yəqin ki, müvafiq sorğu göndəriləcək. Biz bu məsələni nəzarət altında saxlayacağıq”, – deyə o bildirib.




Ana səhifəyə qayıt        Baxış: 708          Tarix: 26-06-2017, 23:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma