Xəbər lenti
Bu gün, 09:12
Dünən, 23:26
Dünən, 21:31
Dünən, 20:52
Dünən, 18:58
Dünən, 17:41
Dünən, 16:41
Dünən, 14:14
Dünən, 13:12
Dünən, 11:09
27-01-2025, 23:36
27-01-2025, 22:30
27-01-2025, 21:55
27-01-2025, 20:27
27-01-2025, 18:16
27-01-2025, 17:34
27-01-2025, 16:58
27-01-2025, 15:24
27-01-2025, 13:33
27-01-2025, 12:38
27-01-2025, 11:26
Azərbaycan ordusunun dünən gecə Qafan-Gorus yolunu bağlamasının digər detalı ortaya çıxıb.
Ermənipərəst @wargonzo layihəsi Qarabağdakı erməni mənbələrinə istinadən xəbər verir ki, 2 gün öncə bir neçə Azərbaycan əsgəri gecə saatlarında Laçın-Xankəndi avtomobil yolunun üzərindəki Lesogor postuna giriblər. Əsgərlərimiz ordakı erməni silahlılarından dərhal postu tərk etmələrini istəyiblər. Erməni silahlıları rus “sülhməramlıları”na üz tutublar. Rus “sülhməramlıları”nın əsgərlərimizlə apardığı əsgərlərimiz postdan çıxıblar.
Ermənilər həmin postun hərbi yox, polis məntəqəsi olduğunu bildirirlər. İddialarına görə, məqsəd Xankəndinə gedən maşınları yoxlamaq imiş.
Azərbaycan, Rusiya, Ermənistan liderlərinin ötən ilin 10 noyabrında imzaladıqları atəşkəs razılaşmasına əsasən, bölgədə heç bir erməni postu ola bilməz. Ermənilər isə bu tələbə əməl etmir və bunu müxtəlif bəhanələrlə əsaslandırmağa çalışırlar. Polis məntəqəsi arqumentinin də belə bəhanələrdən olduğu aydındır.
Xatırladaq ki, bundan bir neçə gün əvvəl Rusiya Müdafiə Nazirliyinin yaydığı videoda da hərbi yük maşınının rus postundan keçdiyi öz əksini tapmışdı.
Görünür, Azərbaycan ordusu Qarabağa gedən yük maşınlarını yoxlamaq üçün ermənilərin Lesogor adlandırdığı postu nəzarətə götürmək istəyiblər. Rus “sülhməramlı”ları buna imkan vermədiyindən radikal addım atılıb: İrandan Qarabağa gedən yol tamamilə bağlansın. Azərbaycan öz torpağında avtomobillərin hərəkətinə nəzarət edə bilmədikcə, yolu tamamilə bağlamağa haqlıdır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər