Kolumbiya hökuməti deportasiya edilən miqrantların qeyd-şərtsiz qəbulu üçün ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü bütün şərtlərlə razılaşıb.
Axar.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
“Kolumbiya hökuməti ABŞ-dan deportasiya edilmiş bütün qanunsuz miqrantların, o cümlədən Amerika hərbi təyyarələri ilə məhdudiyyətsiz və gecikmə olmadan qəbul edilməsi də daxil olmaqla, Prezident Trampın bütün şərtləri ilə razılaşıb”, - məlumatda deyilib.
Qeyd olunur ki, məmurlar üçün viza məhdudiyyətləri, Kolumbiya vətəndaşları və bu ölkədən gələn yüklər üzərində sərhəd nəzarətinin artırılması deportasiya edilmiş miqrantların birinci qrupunu qəbul edənə qədər qüvvədə qalacaq.
Xatırladaq ki, Kolumbiya deportasiya olunmuş miqrantları daşıyan iki ABŞ hərbi təyyarəsinin enişinə icazə verməmişdi və bundan sonra Vaşinqton Kolumbiyadan idxala gömrük rüsumları (25%), dövlət rəsmiləri və müttəfiqlərinə qarşı viza sanksiyaları tətbiq edəcəyini, həmçinin gömrük yoxlamalarını və maliyyə cərimələrini gücləndirəcəyini bildirmişdi.
Paylaş: