Xəbər lenti
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı 10 noyabr bəyanatının şərtlərini yerinə yetirmədiklərini rəsmən etiraf edib.
Ovqat.com xəbər verir ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini, general-mayor Edvard Asryan bu gün media açıqlamasında bunu bildirib.
O, erməni əsgərlərinin Qarabağda 10 Noyabrdakı mövqelərini indi də qoruduqlarını deyib.
“Erməni bölmələri Dağlıq Qarabağdakı Yetstokdan (Sarıbaba-Ovqat.com) geri çəkilmədi”, - erməni general-mayoru bildirib.
Qeyd edək ki, bir müddət əvvəl erməni mətbuatda hərbçilərin Şuşa rayonunun Sarıbaba kəndi yaxınlığındakı mövqelərini tərk etdikləri və onların yerini rus sülhməramlıları tutduqları barədə məlumatlar yayılmışdı. Edvard Asryan da bu faktı təkzib etmək üçün sözügedən bəyanatı verib.
Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr Bəyanatında rus sülhməramlılarının təyinat nöqtəsinə yerləşməsinə paralel olaraq erməni silahlılarının Qarabağdan çıxarılması nəzərdə tutulur. Erməni generalının açıqlaması isə 10 noyabr bəyanatına təkcə Azərbaycanın əməl etdiyini göstərir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar