Gürcüstanda demokratiyanın tapdalanması ilə bağlı Brüsselin ittihamları saxtakar və ikiüzlü mövqedir.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
O, sosial şəbəkə hesabındakı paylaşımında vurğulayıb ki, 2010-cu ildə keçmiş avtoritar rejiminin məmurları üçün Avropaya viza rejiminin sadələşdirilməsi barədə saziş imzalanıb:
"O dövrdə Sandro Qirqvliani, Buta Robakidze və Zurab Vazaqaşvilinin araşdırılmamış qətlləri, Zurab Adeişvilinin təşkil etdiyi “Rustavi 2” və “İmedi” telekanallarının müsadirə edilməsi kimi hadisələr baş vermişdi. Həmçinin, həbsxanalarda məhbuslara işgəncə verilməsi sistemi qurulmuş, Strasburq məhkəməsi bunu sistematik işgəncə kimi tanımışdı. Bundan əlavə, 2008-ci ildə saxtalaşdırılmış prezident və parlament seçkiləri baş tutmuşdu".
Ş.Papuaşvili əlavə edib ki, bütün bu hadisələr fonunda rejimin rəhbərləri vizasız səyahət imtiyazı əldə etmişdilər, lakin adi vətəndaşlar üçün bu proses yalnız rejim məğlub edildikdən sonra mümkün olub:
"Buna görə də Brüsselin demokratiyanın tapdalanması ilə bağlı ittihamları saxtakar və ikiüzlü mövqedir".
Paylaş: