İki gündən sonra, 29 yanvar 2025-ci il tarixində Azərbaycanın digər bölgələri kimi, Naxçıvanda da bələdiyyə seçkiləri keçiriləcək. İndidən bəllidir ki, Muxtar Respublikadakı bu seçkilərin mübahisəsiz qaliblərindən biri, namizədliyi YAP Naxçıvan şəhər Təşkilatı təfindən irəli sürülmüş Hüseynli Tahir Rasim oğlu olacaq.
Bəs, bu Tahir Hüseynli kimdir?
Bildirildiyinə görə, vaxtilə Naxçıvan MR Dövlət Gömrük Komitəsində işləyən Tahir Hüseynli “xanzadə” həzrətləri ünvanı ilə ad çıxarmış Seymur Talibovun sillə vuranı, “sağ əli” sayılan Həsənin (Həsən bu gün də Seymur Talibovun vuran əlidir, ofisində əsas işləri idara edir-müəl.) doğmaca bibisi oğludur. Vasif Talbovun işləri qarışan kimi təhlükənin yaxınlaşdığıni hiss edib, öz ərizəsi ilə təqaüdə çıxmışdır. Naxçıvan MR Gömrüyündə birgə fəaliyyətləri səbəbindən Tahir Hüseynli ilə Seymur Talıbov arasında yaxın münasibətlər yaranmış və o, Seymur Talıbovun adamına, yaxın dostuna çevrilmişdir. Bu yaxın münasibətlər Tahir Hüseynliyə Naxçıvan MR Dövlət Gomrük Komitəsində - Naxçıvan Hava Limanında Gömrüyün rəisi, ardınca isə Culfa Gömruk idarasinin rəisi vazifələrinda işləmək şansı qazandırmışdır.
Naxçıvan MR-də Seymur Talibovun adamı kimi tanınan Tahir Huseynli, istər Gömrük Komitəsində çalışan gömrük əməkdaşlarına, istərsə də gömrük xidmətindən istifadə edən vətandaşlara qarşı qanunsuzluq və özbaşınalıq edərək, gömrük rüsumlarının əsas hissəsini dövlət büdcəsindən yayındıraraq, mənimsəməklə məşğul olmuşdur. Və bu özbaşınalıqlar daha sonra dövlət qurumlarının diqqətini cəlb etmiş, aparılan araşdırılmalar nəticəsində Naxçıvan Dövlət Gömrük Komitəsinin 100 milyonlarla manat mənimsəməsəsi ortaya çıxmışdır. Sözsüz ki, bu mənimsəmədə həmin dövrlərdə Culfa gömrüyünün rəisi vəzifəsini icra etmiş Tahir Hüseynlinin də “zəhməti” az olmamışdır.
İşgüzar fəaliyyətində bu cür mübahisəli məqamlara baxmayaraq, Tahir Huseynlinin Naxçıvan Gömrük Xidməti əməkdaşlarının məhkəməsinin keçirildiyi ərəfədə Naxçıvan şəhər bələdiyyəsində yüksəl vəzifəyə doğru irəliləməyə təşəbbüs göstərməsi təəccüb doğurmaya bilməz. Xatırladaq ki, bu ayın əvvəllərində keçirilən məhkəmə prosesində ifadə verən Naxçıvan MR Gömrük Komitəsinin sabiq rəisi Səhət Həbibbəyli hər ay gömrük orqanlarından yığdığı 30 milyon dollardan çox vəsaiti Vasif Talıbova verdiyini etiraf edərək demişdir:
“2018-ci ildə mən sədr təyin olunanda aylıq 2 milyon 500 min dollar olmaqla, ilin sonuna qədər iki aya cəmi 5 milyon dollar çatdırdım. 2019-cu ildə də aylıq 2 milyon 500 min dollardan bir il üçün 30 milyon dollar vermişəm. 2020-ci ildə aylıq 2 milyon 800 min dollar oldu, illik cəmi 34 milyon dollar çatdırmışam. 2021-ci ildə isə aylıq təxminən 3 milyon 200 min dollardan olmaqla, bir il üçün 38 milyon 400 min dollar çatdırmışam. 2022-ci ildə artıq ayda 3 milyon 300 min idi. 10 ay ərzində 33 milyon yığılmışdı. Hamısı da çatdırılıb”.
Səhət Həbibbəyli
Rəhbərliyə çatdırılan yüz milyonlarla dolların qeyri-rəsmi şəkildə toplandığını söyləyən S.Həbibbəyli bu qaydanı özünün müəyyənləşdirmədiyini, ona qədər mövcud olduğunu bildirib: "Komitə sədri təyin olunmağım haqda fərman imzalananda rəhbərlik məni qəbul elədi. Dedi ki, işlər əvvəlki qaydada davam eləməlidir".
Gömrük generalının dediyinə görə, razılaşmaya əsasən, toplanan pullardan hər ay onun özünə 40 min, müavinlərinə isə 10 min manat çatıb.
Maraqlıdır ki, bu qədər cinayət törətdiyini etiraf edən Səhət Həbibbəyliyə heç bir cəza kəsilmədi. Yüzmilyonlarla manatın oğurlandığı bu işdə cəmi iki nəfərə cəza verildi, onlara da şərti qaydada. “Talıbovlar Naxçıvanı”nın dövlət gömrüyünün digər yetkilisi isə hazırda bələdiyyə sədrliyinə hazırlaşır. Belə görünür ki, bu ölkədə ancaq rüşvətxorlar və cinayətkarlar yüksək dövlət orqanlarında təmsil olunmaq imkanı qazanırlar.
“Hürriyyət”
Paylaş: