Xəbər lenti

 

 

"ABŞ Kürdüstanda keçirilən referenduma görə xəyal qırıqlığına uğradı, ancaq regionla tarixi əlaqələrimiz heç bir bağlayıcı qüvvəsi olmayan bu referendumdan təsirlənməyəcək”.

 

Ovqat.com xəbər verir ki, bu açıqlamanı ABŞ Dövlət Departamentinin sözçüsü Heather Nauert bildirib.

Sözçü paylaşdığı yazılı açıqlamada referendumun "Kürdüstan xalqının həyatına mənfi təsir edəcəyini və qonşularıyla əlaqələrinə zərər verəcəyini” də etiraf edib.

 

İraqın ərazi bütövlüyünü dəstəklədiklərini bildirən Heather Nauert referendumdan sonra yaranan vəziyyətin İŞİD-lə mübarizəyə də mənfi təsir göstərəcəyini, terror təşkilatının bundan yararlanacağını yazıb.




Ana səhifəyə qayıt        Baxış: 1 666          Tarix: 26-09-2017, 09:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma