Xəbər lenti

 ABŞ dövlət katibi Reks Tillerson hesab edir ki, Ukraynadakı vəziyyətə görə tətbiq edilən sanksiyaların götürülməsi üçün Rusiya hələ çox iş görməlidir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.

 O, ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən Rusiya əleyhinə sanksiyalar üzrə qəbul edilən qanun layihəsini şərh etməkdən imtina edib.  

 Xezer Nauert Rusiyaya qarşı sanksiyalar məsələsində dövlət katibinin qətiyyətli mövqe tutduğunu bildirib.  

 

“Hesab edirik ki, Moskva sanksiyaların tətbiqinə səbəb olmuş təxribatçı əməllərinə son qoymayanadək Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq. Tillerson hesab edir ki, Ukraynadakı vəziyyətə görə tətbiq edilən sanksiyaların götürülməsi üçün Rusiya hələ çox iş görməlidir”, - deyə Xezer Nauert bildirib. 




Ana səhifəyə qayıt        Baxış: 999          Tarix: 26-07-2017, 09:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma