Xəbər lenti

 

 

ABB-nin sabiq sədri Cahangir Hacıyev 7 sutkalıq “kars”a göndərilib.

Məlumatı Ovqat.com-a sabiq bankirin vəkili Fəxrəddin Mehdiyev verib.

Vəkil bildirib ki, dünən onun özü, bu gün isə Canahgir Hacıyevin digər vəkili Aqil Layıcov 13 saylı cəzaçəkmə müəssisəsinə müvəkkilləri ilə görüşə gedib. Lakin, nədənsə, cəzaçəkmə müəssisəsinin rəhbərliyi onların görüşünə icazə verməyib. Daha sonra içəridən alınan məlumata görə, sabiq bankir türmə içində türməyə göndərilib.

Qeyd edək ki, ötən həftə Cahangir Hacıyevdən aldığımız müsahibə ciddi rezonansa səbəb olmuş və Azərbaycan Respublikası Baş Prokurorluğu istintaq sirrini yaydığımız iddiasıyla saytımızın baş redaktoruna xəbərdarlıq etmişdi. Cahangir Hacıyevin də məhz bu müsahibəyə görə cəzalandırıldığı təxmin olunur. 

Yaxınlarının bildirdiyinə görə, sabiq bankirin səhhəti heç 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılmağa uyğun deyildi. İndi onun “karsa” göndərilməsi daha ciddi problemlərə yol aça bilər.

***

Aldığımız son məlumata görə, “karsa” salınan Cahangir Hacıyev aclıq elan edib.




Ana səhifəyə qayıt        Baxış: 3 609          Tarix: 28-09-2017, 20:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma