Xəbər lenti

 

Dünya ictimaiyyəti Afrin əməliyyatının başlayıb-başlamayacağını müzakirə etdiyi sıralarda Suriyanın şimalından gələn məlumatlar Türkiyəyə bağlı Azad Suriya Ordusunun artıq hərəkətə keçdiyindən xəbər verir.

Ovqat.com-un bildirdiyinə görə, bu barədə ilk xəbərlər bölgədəki rus jurnalistlərindən gəlib.

Rus mətbuatı hətta Azad Suriya Ordusunun ilk qələbəsini qazandığını da vurğulayırlar. Bildirilir ki, Türkiyəyə bağlı qüvvələr Afrinə 5 bölgədən əməliyyata başlayıblar.

1) Afrinin qərbi: Yerli mənbələrə görə, dünən gecə Hatay vilayətindən Afrinin qərbindəki Bali kəndinə doğru Türkiyənin dəstəyiylə ASO zirehli maşınlarla əməliyyat keçirib, terror təşkilatı PKK/PYD/YPG ağır itkilərlə bölgədən çəkilib. Regionu izləyən Rus jurnalistlər bunu "Türk ordusunun Afrin əməliyyatındakı ilk qələbəsi" adlandırıb. Türk pilotsuz təyyarələri də kürd separatçılarını vurub.

2) Daha cənubdakı Candaris qəsəbəsi yaxınlarına Türk ordusunun artilleriya atəşləri davam edir.

3) Afrinin şimali: Terror təşkilatı PKK/PYD/YPG-yə yaxın sosial media hesablarında Türkiyənin Kilis rayonu ilə qonşu olan Suriya əraziləri boyunca uzanan sərhəd kəndi Şenkildə dünən gecə toqquşmaların baş verdiyi iddia edilib. Türk topçuları İska və Cəlamadakı YPG mövqelərini də hədəf alıblar.

 4) Afrinin şərqi: Fərat qalxanı əməliyyatı ilə azad edilən bölgələr olan Azez və Mareden Azad Suriya Ordusu qüvvələrinin Afrinə doğru irəliləyişlərini sürdürülər. Azezdən dünən gecə yeni ASO hissələri də cəbhəyə göndərilib.

 5) Daha cənubdakı Mareta isə Şəhba cəbhə xəttində ağır silahlarla döyüşlər davam edir. Regionu izləyən bir rus jurnalistə görə, YPG bu əməliyyatda ASO-ya qarşı ilk itkilərini dünən gecə yerli saatla 20.34-də verib.

Türkiyə Silahlı Qüvvələri yayılan bu məlumatları nə təsdiq, nə də təkzib edib.

***

Türkiyə Suriyanın şimalında yerləşən Afrin bölgəsinə hərbi əməliyyata başladığını rəsmən elan etdi. Əməliyyatın adı “Zeytun Budağı”dır.

TSQ-nin rəsmi açıqlamasında deyilir:

 "Türk Silahlı Qüvvələri tərəfindən, sərhədlərimizdə və regionda təhlükəsizlik və sabitliyi təmin etmək məqsədilə Suriyanın şimal-qərbində Afrin bölgəsində, PKK/KCK/PYD-YPG və DEAŞA mənsub terrorçuları zərərsizləşdirmək və dost və qardaş bölgə xalqını onların təzyiq və zülmündən qurtarmaq kimi, 20 Yanvar 2018-ci saat 17:00-dan etibarən" Zeytun Budağı Hərəkatı" başlanılmışdır.

 Hərəkat ölkəmizin beynəlxalq hüquqdan irəli gələn hüquqları, BMT TŞ-nın terrorizmlə mübarizəyə qarşı 1624 (2005), 2170 (2014) və 2178 (2014) saylı qərarlarında və BMT konvensiyasının 51-inci maddəsində yer alan özünümüdafiə hüququ çərçivəsində Suriyanın ərazi bütövlüyünə hörmətlə olaraq həyata keçirilir.

 Hərəkatın planlaşdırma və icrasında yalnız terrorçular və bunlara aid sığınacaq, mövqe, silah, avadanlıq və materiallar hədəf götürülüb olub, sivil masum şəxslərin zərər görməməsi üçün hər cür diqqət və həssaslıq göstərilir".

ASO qüvvələrinin əməliyyata başlama mərasiminin video-görüntüləri də yayılıb. Videoda ASO əsgərlərinin əllərində özlərinin və Türkiyə bayraqlarını daşıdığı görünür.

Videonu təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 3 562          Tarix: 20-01-2018, 14:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma