Xəbər lenti

 

"Zeytun Budağı Hərəkatı çərçivəsində 10 Fevral 2018 tarixində Afrində aparılan əməliyyatlar zamanı 3 qəhrəman silahdaşımız şəhid olmuş, 5 qəhrəman silah yoldaşımız isə yaralanmışdır”.

Ovqat.com xəbər verir ki, məlumatı TSQ yayıb.

 Açıqlamada sözügedən əməliyyatlarda PKK/KCK/PYD-YPG və İŞİD mənsubu ən azı 15 terrorçunun zərərsizləşdirildiyi bildirilir.

Qeyd edək ki, bu gün şəhid olan türk əsgərlərindən 2-si vertolyot pilotu idi. Döyüş zamanı aşağı düşən vertolyot parlamış, hər iki pilot dünyasını dəyişmişdir.

Vertolyotun düşməsi ilə əlaqədar müxtəlif versiyalar irəli sürülür. Bəzi türk hərbi eskpertləri onun texniki qəzaya uğradığını yerə çarpılma anında isə daşıdığı raketlərin partladığını, pilotların da məhz bu səbəbdən öldüyünü irəli sürürlər.

Təbii ki, vertolyotun vurulma ehtimalı da istisna edilmir.




Ana səhifəyə qayıt        Baxış: 950          Tarix: 10-02-2018, 21:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma