Bu gün BMT-nin Təhlükəsizlik Şurasında Suriyada humanitar məqsədli atəşkəs elan ediləcəyi barədə məlumat vermişdik. Vurğulamışdıq ki, bu qətnamə qəbul olunacağı təqdirdə, Türkiyənin “Zeytun Budağı” əməliyyatına da şamil ediləcək və qardaş ölkə əməliyyata bir ay ara verməli olacaq.
“Zeytun Budağı” əməliyyatı bir ay təxirə salına bilər – BMT TŞ-nın “humanistliyi”
Ovqat.com-un irəli sürdüyü bu ehtimal öz təsdiqini tapır.
Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dövri sədri və Küveytin BMT-dəki nümayəndəsi Mənsur əl-Uteybi də “Rûdaw”-a açıqlamasında bu fikri təqdiqləyərək, deyib:
“Qəbul olunması gözlənilən atəşkəs qərarı bütün ölkəni, o cümlədən Afrini də əhatə edəcək”.
Qeyd edək ki, Mənsur əl-Uteybi həm də qətnamə layihəsinin müəlliflərindən biridir.
Paylaş: