Xəbər lenti

 

Türkiyə Suriyanın şimalında yerləşən Afrin bölgəsinə hərbi əməliyyata başladığını rəsmən elan etdi. Əməliyyatın adı “Zeytun Budağı”dır.

Ovqat.com xəbər verir ki, TSQ-nin rəsmi açıqlamasında deyilir:

 Türk "Silahlı Qüvvələri tərəfindən, sərhədlərimizdə və regionda təhlükəsizlik və sabitliyi təmin etmək məqsədilə Suriyanın şimal-qərbində Afrin bölgəsində, PKK/KCK/PYD-YPG və DEAŞA mənsub terrorçuları zərərsizləşdirmək və dost və qardaş bölgə xalqını onların təzyiq və zülmündən qurtarmaq kimi, 20 Yanvar 2018-ci saat 17:00-dan etibarən" Zeytun Budağı Hərəkatı" başlanılmışdır.

 

 Hərəkat ölkəmizin beynəlxalq hüquqdan irəli gələn hüquqları, BMT TŞ-nın terrorizmlə mübarizəyə qarşı 1624 (2005), 2170 (2014) və 2178 (2014) saylı qərarlarında və BMT konvensiyasının 51-inci maddəsində yer alan özünümüdafiə hüququ çərçivəsində Suriyanın ərazi bütövlüyünə hörmətlə olaraq həyata keçirilir.

 Hərəkatın planlaşdırma və icrasında yalnız terrorçular və bunlara aid sığınacaq, mövqe, silah, avadanlıq və materiallar hədəf götürülüb olub, sivil masum şəxslərin zərər görməməsi üçün hər cür diqqət və həssaslıq göstərilir".

 Əməliyyata Baş qərargah rəisi general Hulusi Akar rəhbərlik idarə edir.




Ana səhifəyə qayıt        Baxış: 1 075          Tarix: 20-01-2018, 20:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma