Xəbər lenti

  

Türk ordusuna bağlı özəl qüvvələr Afrin rayon mərkəzinə girib və əməliyyatlara başlayıb.

Ovqat.com-un Türk mətbuatına istinadən verdiyi məlumata görə, özəl qüvvələrlə yanaşı, desant birlikləri və ASO da əməliyyata qatılıb.

Ötən gün Afrin mərkəzini tamamilə mühasirəyə alan TSQ-nin bu əməliyyata başlayacağı təxmin olunurdu.

Afrin əməliyyatı Azad Suriya Ordusu qüvvələrinin bu sabah şəhərə cənub-şərq cinahından müdaxilə etməsiylə başlayıb. Ardınca şəhər mərkəzindən intensiv atışma və partlayış səslərinin gəldiyi xəbər verilir. Türkiyə döyüş təyyarələrinin də Afrin səmalarında uçduğu müşahidə olunur.

Qeyd edək ki, PKK/PYD qüvvələri də neçə gündən bəri bu hücumu göləyirdilər və onların rəhbər kadrlarının bölgəni tərk etdikləri, əvəzində isə Afrinə xüsusi yetişdirilmiş intihar savaşçılarının gətirildiyi təxmin olunur. Terrorçuların şəhərin müxtəlif yerlərini minaladıqları və partlayıcı tuzaqlar qurduqları da gələn xəbərlər arasındadır. Buna baxmayaraq, Afrin əməliyyatına bu cür döyüşlər üçün ixtisaslaşmış JÖH (Jandarma Özəl Hərəkat) və PÖH (Polis Özəl Hərəkat) qüvvələrinin göndərilməsi şəhərin terrorçulardan təmizlənməsinin o qədər də çətin olmayacağı qənaəti yaradır.  

***

11.20

Azad Suriya Ordusu Afrində nəzarəti tam ələ aldı.

Ovqat.com Türk mətbuatına istinadən bunu xəbər verir




Ana səhifəyə qayıt        Baxış: 2 017          Tarix: 18-03-2018, 10:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma