Xəbər lenti

 

Artıq bu həftədən başlayaraq prezidentliyə namizədlərin təbliğat kampaniyalarına start verilib. Qanunvericiliyə əsasən, onlara həftədə 3 saat İctimai TV ilə tele-debat imkanı yaradılıb. Namizədlərin ümumi razılığı ilə həmin 3 saatlıq vaxt həftənin 1, 2, 3-cü günlərinə, saat 22.00-a salınıb.

Dünən həftənin son debatı keçirildi. Biz də prezidentliyə namizədlərin hamısının çıxışlarını Ovqat.com oxucularının diqqətinə təqdim etmək istəyirdik. Nə yazıq ki, namizədlərdən bəzilərinin çıxışlarını youtube kanalından tapa bildiyimizdən yalnız bir neçəsinin səsləndirdiyi fikirlərlə sizləri tanış etmək məcburiyyətindəyik.

Digər namizədlərdən təvəqqemiz: saytımızda özlərinin çıxışları ilə rastlaşmasalar, səbəbi bizim ayrıseçkiliyimizdə yox, öz seçki qərargahlarının səhlənkarlığında axtarsınlar.




Ana səhifəyə qayıt        Baxış: 3 185          Tarix: 22-03-2018, 08:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma