Rusiya prezidenti Vladimir Putin bu gün Türkiyəyə səfər edəcək.
Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ankarada Prezident Sarayında Türkiyə prezidenti Pəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşdən sonra nümayəndə heyətləri arasında görüş keçiriləcək.
Ərdoğan və Putin arasında görüşün əsas mövzuları Suriya və İraqda baş verən proseslər olacaq. Liderlər, həmçinin Şimali İraq kürd muxtariyyətində sentyabrın 25-də keçirilən referendumun nəticələrini müzakirə edəcəklər. Bir neçə gün əvvəl baş tutan telefon söhbəti zamanı liderlər İraq və Suriyanın ərazi bütövlüyünün qorunmasına diqqət çəkmişdilər.
Rusiya prezidentinin səfəri zamanı həmçinin ikitərəfli iqtisadi əlaqələrini inkişafı, o cümlədən S-400 hava hücumundan müdafiə vasitələrinin Türkiyəyə çatdırılması və “Türk axını” qaz boru kəməri ilə “Akkuyu” nüvə stansiyası kimi enerji layihələrinin icrası gündəmdə olacaq.
Paylaş: