Xəbər lenti

Rusiya və Türkiyə arasında müqavilənin imzalanacağı tarix açıqlandı - VİDEO

S-400 zenit-raket sistemlərinin Türkiyəyə çatdırılması barədə Rusiya və Türkiyə arasında yekun razılaşma bu həftə imzalana bilər.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu deyib.

“Çatdırılma ilə bağlı hər hans problem yoxdur. Yalnız müəyyən detallar qalıb. Onlar tamamlandıqdan sonra, bəlkə də bu həftə razılaşma imzalanacaq”, - o bildirib.

Çavuşoğlu rus əsgərlərinin Türkiyədə yerləşdiriləcəyi barədə xəbərləri təkzib edib:

“S-400-lərin qurulması və istifadə edilməsi ilə əlaqədar hərbi və mülki mütəxəssislərimizi hazırlayacağıq. Bu işdə ehtiyac yaranacağı halda, Rusiyadan da gələcəklər. Lazımı işləri gördükdən sonra geri dönəcəklər. Bu, Rusiyanın Türkiyəyə hərbçilərini yerləşdirməsi anlamına gəlmir. Bu, yalnız texniki işdir”.




Ana səhifəyə qayıt        Baxış: 720          Tarix: 14-12-2017, 17:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma