Xəbər lenti

  

Suriyada ABŞ-la Rusiya arasında açıq müharibə başlaya bilər.

Ovqat.com xarici mətbuata istinadən xəbər verir ki, Əsəd rejiminin Şərqi Quta regionuna kimyəvi hücumundan sonra Rusiya, ABŞ tərəfindən gözlənilən raket zərbələrinə və ya başqa müdaxilələrə qarşı hərbi hazırlıq mövqeyini qırmızı alarma gətirib.

 Məlumata görə, Suriyada yerləşən Rusiyanın raket əleyhinə müdafiə sistemi S-400-lər aktivləşdirilib. İki motorlu yüksək uçuşların qarşısını alma təyyarəsi olan MIG-31-lər də 24 saat patrul dövriyyəsinə başlayıb. Əsəd rejiminin ABŞ raketlərin mənzilində 20 kritik region və bazası olduğuna diqqət çəkilir.

 Bazaların bəzilərində rus hərbçilərinin olduğu bildirilir. ABŞ-ın rus əsgərlərinin olmadığı bölgələri hədəf ala biləcəyi bildirilir. Gözlənilən hərbi müdaxilənin  ABŞ donanmasına məxsus gəmi və təyyarələrdən ediləcəyi irəli sürülür. ABŞ-ın Əsədə bağlı hərbi hədəfləri Aralıq Dənizdəki gəmilərindən vuracağı ehtimal edilir.

Rusiyanın müdafiə sistemlərini aktiv vəziyyətə gətirməsi isə bu hücumlara avtomatik cavab veriləcəyi mənasına gəlir.




Ana səhifəyə qayıt        Baxış: 1 085          Tarix: 9-04-2018, 06:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma