Xəbər lenti
 

ABŞ-ın Bəşər Əsəd rejiminin aviabazasına endirdiyi “Tomoqavk” zərbələrinin ardınca Rusiya Suriya sahillərindəki dəniz qruplaşmasını gücləndirir. 
Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov jurnalistlərə bildirib ki, Suriyanın Hava Hücumundan Müdafiə sisteminin gücləndirilməsi üçün “kompleks tədbirlər” görüləcək. Bununla belə Konaşenkov deyib ki, Suriya Rusiya ilə razılaşdırmadan ABŞ-ın zərbələrinə qarşı cavab tədbirləri görməyəcək.
Konaşenkov Suriya səmasının tamamilə Rusiya zenit-raket komplekslərinin (S-300, S-400 “Triumf”, “Tor-1”, “Pantsir” sistemləri) nəzarətində olduğu halda ABŞ raketlərinin niyə vurulmadığını şərh etməyib. Lakin bu məsələ hazırda mətbuatda, ekspert çevrələrində və sosial şəbəkələrdə əsas müzakirə mövzusudur.
Məlumdur ki, Rusiyanın Hmeymin aviabazasında yerləşdirilmiş S-400 zenit-raket kompleksinin radarı “Tomoqavk” zərbələri endirilən əş-Şarayat aviabazasını da əhatə edir. Bundan əlavə Suriya ərazisində S-300 və “Tor-1”, habelə “Pantsir” zenit-raket kompleksləri yerləşdirilib. Onların dəqiq sayını heç kim bilmir. Bununla belə Suriya ərazisində azı 2-3 S-400 yerləşdirildiyi məlumdur, onların hərəsində 4 raket var. Əlbətdə, bu, Əsədin aviabazasına buraxılmış “Tomoqavk”ların hamısını vurmağa kifayət etməzdi.
Rusiyanın hərbi elmlər Akademiyasının müxbir-üzvü Sergey Sudakov “İzvestiya” qəzetinə müsahibəsində deyib ki, Suriyadakı zenit-raket sistemlərinin ABŞ-ın raket zərbələrinə qarşı tətbiq edilməsi nüvə müharibəsinə gətirib çıxara bilərdi. Bu səbəbdən ali baş komandan Putin soyuqqanlılıq nümayiş etdirib.
“Ən başlıca sual bundan ibarətdir ki, nəyə görə Rusiyanın hava hücumundan müdafiə sistemləri həmin raketləri vurmayıb. Sadəlövhlər hesab edirlər ki, bunu etmək vənəticədə raket hücumunu dəf etmək olardı. Lakin böyük hesabla əgər biz onları vurmağa başlasaydıq səhərə sağ çıxmazdıq. Çünki elə həmin gün nüvə münaqişəsi baş verərdi”-Sudakov deyib.
Digər hərbi ekspert Vladislav Şurıqin də hesab edir ki, əgər Rusiya Amerika raketlərini vursaydı iki dövlət arasında müharibə başlayardı. Üstəlik eksertə görə Suriyadakı Rusiya hava hücumundan müdafiə vasitələri ancaq Rusiya hərbi obyektlərini qoruyur, Rusiya komandanlığına tabedir. “Biz onlarla öz aerodromlarımızı və obyektlərimizi qoruyuruq. Hesab edirəm ki, elə buna görə də həmin raketləri vurmamaq barədə siyasi qərar qəbul edilib. Çünki bu, ABŞ-la Rusiya arasında münaqişəyə gətirib çıxara bilərdi. Əgər Rusiya silahlı qüvvələrinin ali baş komandanı soyuqqanlı davranmasaydı “Tomoqavk”ları vurmaq barədə əmr verilərdi. Bu isə müharibənin başlanması olardı”– ekspert deyib.
Şurıqin xatırladıb ki, İsrail və Türkiyə aviasiyası da vaxtaşırı olaraq Suriyadakı hədəfləri vurur, Rusiyanın havadan müdafiə sistemləri onlara müdaxilə etmir.
Virtualaz.org



Ana səhifəyə qayıt        Baxış: 1 475          Tarix: 8-04-2017, 10:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma