Xəbər lenti

  

Çinin orta qərb bölgəsində yerləşən Çonqqing şəhəri yaxınlığında 1800 metr yüksəkliyindəki (1,8 km) bir dağın başında hava limanı tikilir. Tikintini həyata keçirən şirkət bunun üçün ilk növbədə dağ zirvəsini dinamitlərlə partladaraq düzləşdirib.

Ovqat.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, gələn il təhvil verilməsi gözlənilən Wushan hava limanının tikintisinə təxminən 1.64 milyard yuan, yəni 250 milyon dollar xərclənəcək.

Nəzərə alsaq ki, Bakıdakı Olimpiya stadionu 640 milyon dollara başa gəlib, (mənbə: https://www.azerfax.az/news_3376.html) Çində dinamitlərlə partladılaraq düzləşdirilən hava limanı ondan 2.5 dəfə ucuz ərsəyə gətiriləcək.

Taohua Dağının zirvəsində inşa edilən Wushan aeroportu Çonqqing şəhərinin şərqində və 15 kilometr məsafədə yerləşir. Hava limanının 2600 metr uzunluğunda və 45 metr enində bir cığırı və 5 təyyarənin saxlana biləcəyi sahəsi olacaq. Terminal binasının sahəsi isə 3500 kvadratmetr olacaq.

 Layihə rəhbərlərindən Liao Haobo inşaat sahəsində ən məhsuldar günlərdə 2000 fəhlə və 800 iş makinasının eyni anda çalışdığını bildirib.

  

 Çin hökuməti Wushan Hava Limanı sayəsində Çonqqing şəhərinin əsas nəqliyyat terminalı olan və keçən il 40 milyona yaxın sərnişini qarşılayan Beynəlxalq Jiangbei hava limanının missiyasının bir hissəsini idarə etməyi qarşıya məqsəd qoyur.

 Yeni hava limanının 2020-ci ildən 280 min sərnişinə xidmət göstərəcəyi və hər il 3300 təyyarənin enəcəyi aeroportla 1200 ton yük daşınacağı planlaşdırılır.

2019-ci ilin ilk yarısında açılacaq Wushan aeroportundan Pekin, Şanxay, Guangzhou başda olmaqla Çinin digər böyük şəhərlərinə uçuşlar həyata keçiriləcək.

 Məşhur Goddess Peak və Yangtze çayı üzərindəki 22500 mw gücə malik, dünyanın ən böyük hidroelektrik stansiyası sayılan Üç Boğaz su anbarına yaxın olması səbəbilə Wushan hava limanının daxili turizmə də faydalı töhfələr  verəcəyi nəzərdə tutulur.

Bu aeropartdan 3 dəfə baha başa gələn və növbəti beynəlxalq yarışları gözləyə-gözləyə ağzı günə yatan Bakı Olimpiya Stadionu isə özünün aylıq xərcini çıxarmaq üçün ən qəribə planlar üzərində baş sındırır. Stadion rəhbərliyi bir aralar onu nəhəng şadlıq evinə çevirməyi belə, düşünürdü.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 3 819          Tarix: 24-06-2018, 09:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma