Xəbər lenti

 

“ABŞ-ın sanksiyaları İran milli  valyutasının daha da dəyərsizləşməsinə və infilasiyasının yüksəlməsinə gətirib çıxaracaq. Xaricə kapital və ucuz idxal mallarının axınını sürətləndirəcək, daxildəki sosial gərginliyi artıracaq. Eyni zamanda siyasi proseslərə impuls verəcək”. 

ADR Hərəkatının sədri Qubad İbadoğlu Ovqat.com-a dünəndən etibarən İrana qarşı tətbiq olunmağa başlanan sanksiyaların mümkün nəticələrini şərh edərkən belə deyib.

Onun fikrincə, sanksiyaların Azərbaycan iqtisadiyyatına müsbət təsirləri olacaq:

“Bizə təsirlərinə gəlincə, İran mənşəli kapitalın Azərbaycana axması və ölkəmiz vasitəmizlə xaricə ötürülməsi iqtisadiyyatımıza müsbət impuls verəcək. Digər tərəfdən isə sanksiyalar neftin qiymətinin bahalaşma tempini artıracaq ki, bundan da Azərbaycan neft ixrac edən ölkə kimi daha çox qazanacaq”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl İranla bağlanmış nüvə sazişindən imtina etmiş və ona qarşı daha sərt sanksiyaların tətbiqinə qərar vermişdi. ABŞ Xəzinədarlığının məlumatına görə, iki mərhələdə keçirilməsi nəzərdə tutulan embarqonun ilk mərhələsi dünəndən etibarən başlayıb. Daha ağır şərtlər ehtiva edəcək olan II mərhələnin isə noyabrın 4-də həyata keçiriləcəyi gözlənilir.




Ana səhifəyə qayıt        Baxış: 1 582          Tarix: 7-08-2018, 09:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma