Rəsmi Tehran ABŞ prezidenti Donald Trampın İrana qarşı tətbiq etdiyi sanksiyalarla bağlı BMT-yə müraciət edib.
Publika.az xəbər verir ki, İran Parlamentinin sədri Əli Laricani ABŞ-ın tətbiq etdiyi sanksiyaların BMT-nin qətnamələrinə zidd olması səbəbilə Təhlüksəzlik Şurasına şikayət məktubu göndərib.
Qeyd edək ki, 2015-ci ildə İran və ABŞ-ın da daxil olduğu 5+1 ölkələri tarixi nüvə anlaşması imzalamışdı. Bu ölkələr nüvə proqramını nəzərdə tutan bir sıra şərtləri qəbul etməklə, beynəlxalq sanksiyaların aradan qaldırılmasına razılıq vermişdi.
Ancaq seçki kampaniyasından bəri bu anlaşmanı tənqid edən Donald Tramp keçən ay ballistik raket proqramındakı rollarına diqqət çəkərək, İranın 6 firmasına sanksiya tətbiq etmək qərarı alıb.
Sözügedən sanksiyaları Birləşmiş Millətlər Təşkilatrının Təhlükəsizlik Şurasına şikayət edən Tehranın ABŞ-a qarşı daha sərt addımlar atacağı ehtimal edilir.
Paylaş: