Rüşvətxorluq və korrupsiyaya qarşı necə mübarizə aparılmalıdır?
Bu gün ölkəmizdə ən çox müzakirə olunan məsələlərdən biri də yuxarıdakı sualdır. Bir müddət əvvəl ölkə başçısı Cənab İlham Əliyev bütün dövlət orqanlarını korrupsiyaya qarşı mübarizəyə səslədi. Prezidentin bu çağırışına ilk reaksiya gözlənildiyi kimi Baş Prokurorluğun yanında Korrupsiyaya qarşı mübarizə idarəsindən gəldi. İdarə rəsmiləri bu ilin ilk yarısında korrupsiyaya qarşı apardıqları mübarizə tədbirlərindən bəhs etdilər. Bir neçə gün əvvəl isə gömrük orqanlarında rüşvətxorluq əməlinə görə bəzi məmurların cəzalandırıldığı xəbəri yayıldı. Hadisədən sonra Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin öz işçilərinə xəbərdarlıqları da sərtliyi ilə seçildi: ““Xəyanət və rüşvət bağışlanmayacaq. Kim korrupsiyaya cəhd edirsə və rüşvət alıb rüşvət verirsə həmin şəxslər cəzalandırılacaq”.
Deyəsən, Azərbaycan hakimiyyəti həqiqətən də bu mərəzə qarşı aktiv mübarizəyə başlayıb. Bəs korrupsiya və rüşvətxorluğun qarşısını almaq üçün inzibati resursların işə salınması kifayətdirmi?
Nəzərə alsaq ki, hələ Füzulinin zamanından bəri Azərbaycanın məmur mentalitetində rüşvət olmadığına görə salam belə alınmayıb, bu suala birmənalı cavab vermək olmur. Bu da səbəbsiz deyil; rüşvətə meyllilik hər şeydən öncə mənəviyyat məsələsidir. Yüzillərlə qanımıza hopmuş bu mənəvi naqislikdən necə xilas olmalıyıq?
Auditorlar Palatasının rəsmisi Elçin Qurbanovla da söhbətimizin məğzində əsasən bu məsələ dayanırdı.
İqtisadçı ekspertlə müsahibəmizi Eaudit.az oxucularına təqdim edirik:
Paylaş: