Xəbər lenti

Bu ilin I yarımili ərzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dövlət və özəl sektorda çalışan 133 vəzifəli şəxs barəsində 103 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

“Report”un xəbərinə görə, bunu həmin Baş İdarəsinin rəisi, Baş prokurorun müavini Kamran Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci ilin I yarımili ərzində görülmüş işlərlə bağlı KİV və QHTnümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

“Həmin cinayət işləri 54 şəxs barəsində 43 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 34 şəxs barəsində 27 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 19 şəxs barəsində 14 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 3 şəxs barəsində 2 iş rüşvət alma (passiv rüşvətxorluq), 11 şəxs barəsində 5 iş rüşvət vermə (aktiv rüşvətxorluq), 4 şəxs barəsində 4 iş vəzifə saxtakarlığı, 2 şəxs barəsində 2 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 2 şəxs barəsində 2 iş hüquq verən rəsmi sənədləri istifadə etmə məqsədi ilə saxtalaşdırma, qanunsuz hazırlama və istifadə etmə, 3 şəxs barəsində 3 iş kompüter sisteminə qanunsuz daxil olma və qalanları digər cinayət faktları ilə əlaqədar olub”, - K.Əliyev əlavə edib.

O deyib ki, məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 12.804.958 manat ziyanın ibtidai araşdırma mərhələsində 3.612.243 manat və ya 28,2% ödənilməsi təmin edilib, həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə əmlak üzərinə həbs qoyulması ilə yanaşı, qanunla nəzərdə tutulmuş digər tədbirlər görülüb.

K.Əliyev əlavə edib ki, hesabat dövründə Baş İdarə rəisi, Baş İdarə rəisinin müavinləri, idarə və ya şöbə rəisləri, Təşkilati və informasiya təminatı idarəsinin prokurorları tərəfindən ümumilikdə 872 vətəndaşın qəbul edilməsi təmin edilib.




Ana səhifəyə qayıt        Baxış: 952          Tarix: 17-07-2017, 12:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma