Xəbər lenti

 

“Qeyri-formal məşğulluğun aradan qaldırılması tədbirləri nəticəsində cari ildə əmək müqaviləsi əsasında işləyən vətəndaşların sayı 100 min nəfərədək artıb”.

"Report"un verdiyi xəbərə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Bakıda keçirilən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) V Qurultayında çıxışında bildirib.

"Qeyri-formal məşğulluğun aradan qaldırlması üzrə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə ölkədə qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair tədbirlər planı təsiq edilib. Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyası yaradılıb. Görülmüş işlər nəticəsində cari ildə əmək müqaviləsi əsasında işləyən vətəndaşların sayı 100min nəfərədək artıb. Problemin tam aradan qaldırlması üçün sosial tərəfdaşlarla birgə zəruri tədbirlər davam etdirilir",- deyə o qeyd edib.

O bildirib ki, növbəti ildə peşə standarları və ixtisasların hazırlanması daha geniş vüsət alacaq.

"Ölkədə əmək ehtiyatlarının keyfiyyətlərinin yaxşılaşdırılması və əmək bazarının davamlı inkişaf edən iqtisadiyyatın tələblərinə uyğunlaşdırlması məqsədilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 289 peşə, 63 ixtisas standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib. Növbəti ildə bu daha da geniş vüsət alacaq, bütün istiqamətlərdə peşə standarları və ixtisasların hazırlanmasına başlanacaq."




Ana səhifəyə qayıt        Baxış: 536          Tarix: 19-12-2018, 12:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma