“Rusiya, İran və Suriya İŞİD-ə qarşı artıq ABŞ olmadan döyüşəcəklər”.
Ovqat.com xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp ordularının Suriyadan çıxarılması xəbərini şərh edərkən bildirib.
Qeyd edək ki, dünən Suriyadan çəkiləcəyini açıqlayan Trampa ABŞ-da ciddi təpkilər gəlib. Prezident də onu tənqid edənlərə Twitter səhifəsindən cavab verməli olub.
Trampın fikrincə, ABŞ Yaxın Şərq insanlarını qorumaq üçün xeyli əsgər itirib trilyonlarla dollar xərcləyib, amma bunun müqabilində layiq olduğu qiymətini ala bilməyib.
Vaşinqtonun çəkilmə qərarından Rusiya, İran və Suriyanın məmnun olduqlarını dilə gətirən "yalan informasiyaları" xoş qarşılamadığını bildirən Tramp bu ölkələrin artıq "nifrət etdikləri İŞİD ilə" təkbaşına mübarizə etməli olacaqlarını vurğulayıb.
Prezident paylaşımlarında İŞİD-i də təhdid etməkdən özünü saxlaya bilməyib:
"Mən dünyada heç bir qüdrətlə müqayisə edilməyəcək qədər güclü ordu yaradıram. IŞİD bizi vursa, yanar!"
Paylaş: