Xəbər lenti
 
“Tramp İŞİD-ə qarşı mübarizədən əl çəkməlidir. Bu terror təşkilatının yox edilməsi Vaşinqtonun xeyrinə deyil. İŞİD-i Suriyanın dövlət başçısı Bəşər Əsədin və müttəfiqlərinin başına bəla etməliyik”.
Ovqat.com xəbər verir ki, bu sözləri ABŞ-ın məşhur jurnalistlərindən Tomas Fredman bildirib.
Jurnalist “The New York Times” qəzetində qələmə aldığı yazısında vurğulayıb ki, İŞİD-in Suriyadakı məqsədi Əsədi devirmək, Dəməşqin müttəfiqləri olan Rusiya, İran və Hizbullaha qarşı mübarizə aparmaqdır. Təşkilatın bu hədəfi qarşıya qoymasından faydalanmağı məsləhət bilən Fredman məqaləsində İŞİD-i 2 düşərgəyə ayırır – virtual və real İŞİD. ABŞ üçün əsl təhlükənin “virtual İŞİD”-dən gəldiyini düşünən Fredman yazır:
 "Çünki onlar sünni cihadçı ideologiyanı yaymaq üçün sosial şəbəkələrdə müxtəlif yollar axtarırlar. Bu ideologiya Parisdən Qahirəyə qədər cəmiyyətdən təcrid olmuş və özlərini alçaldılmış kimi hiss edən müsəlmanların ilham qaynağına çevrilir. Günahsızlara qarşı səs gətirən cinayətlər törədərilir, radikal dini kəsimə özünəinam duyğusu qazandırır”.
Ovqat.com



Ana səhifəyə qayıt        Baxış: 1 250          Tarix: 15-04-2017, 22:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma