Xəbər lenti

 

ABŞ Ticarət Nazirliyi Ermənistan da daxil olmaqla bir neçə ölkənin özəl qurumlarına sanksiya tətbiq edib.

APA-nın məlumatına görə, Ermənistanda fəaliyyət göstərən "Markel" QSC və "Yerevan Telekommunikasiya Tədqiqat İnstitutu" QSC də sanksiya siyahısına daxil edilib.

"Yerevan Telekommunikasiya Tədqiqat İnstitutu" QSC Ticarət Nəzarət Siyahısına daxil olan maddələri ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Departamentinin lisenziyası olmadan əldə edərək ixrac edib. Eyni anda həm "Yerevan Telekommunikasiya Tədqiqat İnstitutu" QSC-nin icraçı direktoru, həm də "Markel" QSC-nin prezidenti olan şəxs sanksiyalar siyahısında olan İran təşkilatı ilə işgüzar münasibətlər qurub", - deyə sənəddə qeyd olunur.

Ümumilikdə, ABŞ Ticarət Nazirliyi "milli təhlükəsizliyə və ya xarici siyasət maraqlarına zidd hərəkət edən" 17 müəssisəyə sanksiya tətbiq edib.

Bu müəssisələr Ermənistan, Belçika, Kanada, Çin, Gürcüstan, Honkonq, Malayziya, Niderland, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniyada yerləşir.

Zümrüd Paşkin




Ana səhifəyə qayıt        Baxış: 408          Tarix: 14-08-2019, 16:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma