Rəsmi Ottava 52 nəfərə qarşı sanksiya tətbiq edib, onlardan 30-u Rusiya vətəndaşlarıdır.
APA-nın xəbərinə görə, bu barədə Kanada XİN-in açıqlamasında bildirilir.
Sanksiyalar Kanada hökumətinin oktyabrın 19-da qəbul etdiyi "Maqnitski qanunu"nu ilə əlaqədar tətbiq edilib. Sanksiyalar siyahısına Rusiya İstintaq Komitəsinin başçısı Aleksandr Bastrıkin və İstintaq Komitəsinin sabiq rəisi Aleksey Aniçin daxil edilib. Siyahıda olan şəxslərin Kanadadakı hesabları dondurulub.
Buna cavab olaraq rəsmi Moskva onlarla Kanada vətəndaşının Rusiyaya girişinə qadağa qoyub. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova faktı təsdiqləyib. “Siyahı uzundur, qadağa onlarla insana şamil edilir. Söhbət müntəzəm sürətdə ikitərəfli münasibətləri sarsıdan şəxslərdən gedir”, deyə M.Zaxarova bildirib.
Paylaş: