Xəbər lenti

 

Gürcüstanın paytaxtı Tbilisidə gürcülər və azərbaycanlılar arasında kütləvi dava düşüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, dava zamanı xəsarət alan bir etnik azərbaycanlı xəstəxanaya çatdırılıb, yaralı bir neçə nəfərə isə ilkin tibbi yardım göstərilib. Xəsarət alan şəxslər hücum edənlərin beş nəfər olduğunu bildiriblər. Davanın etnik zəmində baş vermədiyi bildirilib.

Faktla bağlı cinayət işi başlanılıb.




Ana səhifəyə qayıt        Baxış: 408          Tarix: 7-10-2019, 21:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma