“Qapınızı döyən, sizi sayan oldumu?”
Ovqat.com xəbər verir ki, ADR Hərəkatının lideri Qubad İbadoğlu bu gün yayımladığı facebook statusuna bu sualla başlayıb.
Xatırladaq ki, bu ayın birində başlayan əhalinin siyahıya alınması prosesi dünən başa çatıb. Dünən bizim də apardığımız rəy sorğusuna qatılanların böyük qismi, Qubad bəyin təbirləriylə desək, qapılarının döyülmədiyini bildiriblər. ADR Hərəkatının sədri isə bu “gözəgörünməz” siyahıya almanı şərh edərək yazır:
"2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” prezident fərmanı ilə nəzərdə tutulan əhalinin növbəti siyahıyaalınması dünən başa çatıb. 2019-cu ilin dövlət büdcəsindən bu məqsədlə 23,2 mln. manat vəsait ayrılıb. Bu o deməkdir ki, hər ailəyə orta hesabla 10 manat vəsait ayrılıb. Bu vəsaitlə siyahıçılar hər bir ailəyə baş çəkməli və siyahıyaalma vərəqəsində olan 6 sual, sorğu vərəqəsində olan alt suallar da daxil olmaqla, bütövlükdə 46 sualı sizinlə müsahibə əsasında cavablandırmalı idilər. Odur ki, sizdən soruşmaq istərdim ki, sizin qapını döyüb, sizi sayıb, sorğu-suala tutub, vərəqələri doldurublarmı?
Yoxsa, 23,2 mln. manat da bu adla silindimi?”
Ovqat.com-dan: Məzəniz olsun, Qubad bəy! Bizi heç qoyun yerinə sayan var ki, adam yerinə də sayalar?
Paylaş: