Azərbaycan qanunvericiliyinə əsasən, əhalinin siyahıyaalınması hər 10 ildən bir keçirilir. Bu gün də, guya, siyahıyaalınması günü idi, həm də son gün.
Zira Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov hələ ötən ay jurnalistlərə məlumat verərkən bildirmişdi ki, siyahıya alınma oktyabr ayının 1-dən 10-dək davam edəcək. Bu gün də oktyabrın 10-u olduğundan gözlərim qapıda qalmışdı. Axı məntiqlə, bizim qapını döyməli və ailəmizin fərdlərini sayıb siyahıya almalı idilər
Amma gözləntimin əksinə, qapmı döyən olmadı. Araşdırdım, bizim və qonşu binaya da heç bir təlimatçının gəlmədiyi aydın oldu.
Daha geniş araşdırmam zamanı o da aydın oldu ki, Bakıda və bölgələrdə yuzllərlə ailə bu prosesdən kənarda qalıb. Niyə görə? Doğrudanmı əhalinin siyahıya alınması heç kimə lazım deyil? O zaman niyə bu, əvvəldən elan olunur, dövlət büdcəsindən xeyli vəsait ayrılır, nəticədə isə heç bir iş görülmür?
Qəribədir ki, siyahıyaalınma başlamamışdan əvvəl bir çox müxalif platformalarda ölkə əhalinin önəmli hissəsinin xaricə getdiyi iddia olunurdu. Təkcə, Rusiyaya iş dalınca gedənlərin sayının 3 milyonu keçdiyi bildirilir. Bu isə ölkə əhalisinin 30%-i deməkdir. Eyni şəkildə Avropaya, Türkiyəyə və s. dövlətlərə də pənah aparanlarımız az deyil. Bəlkə siyahıyaalma da bu gerçək ortaya çıxmasın deyə sözdə aparılır?
Nazilə Nəriman
Paylaş: